Azərbaycanda ilk dəfə 3D unikal şou-tamaşa
19.11.2012

Azərbaycanda ilk dəfə olaraq 3D unikal şou-tamaşa baş tutub.

Azyaşlı uşaqların tətil günlərini daha da maraqlı etmək məqsədi ilə Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə tamaşaçılara “sehrli eynəklər” hədiyyə olunub.

Bu eynəklərin köməyi ilə tamaşaçılar musiqili, super - effektli, rəngarəng kostyumlu, fantastik çevrilmələrlə dolu qeyri-adi əhvalatın içinə düşüblər. Üstəlik, tamaşanın bilavasitə iştirakçısına çevriliblər.

Balacalar sevimli nağıl qəhrəmanı Ələddinlə birgə od və su aləminə, səma və yeraltı şəhərlərinə virtual səyahət edərək Divlə döyüş səhnəsinin iştirakçısı olublar.

Qeyd edək ki, “Ələddin. Yeni macəralar” adlı unikal şou-tamaşası “laterna – magika”-nın qeyri-adi effekti və 3D görüntü ilə təqdim olunub.

Gün.Az