Azərbaycan Belarusdan çörək almağa başlayıb
22.8.2017

 Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib. Bu barədə Belarus mətbuatı yazıb.
Qeyd edək ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.
Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anjeles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir.

report.az