RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında uşaqların tibbi müayinəsi üzrə "açıq qapı" günü keçiriləcək
22.8.2017

Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxananın kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü keçiriləcək.

Fonddan bildiriblər ki, qeyd olunan tarixdə xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.

azertag.az