“YouTube” şirkəti "Təcili xəbərlər" servisini sınaqdan keçirir. Bu barədə “The Verge” nəşrində məlumat verilib.
Nəşrdə qeyd olunub ki, “YouTube” şirkətinin "Təcili xəbərlər” servisi (Breaking News) test rejimində mobil versiyada yoxlanılıb. Yeni servis bütün istifadəçilər üçün tam yararlı sayılmır.
"Təcili xəbərlər" bölməsində bu servisə uyğun elektron çarxlar toplanılıb. Kontentin bu bölməyə hansı yolla, yəni maşın alqoritminin köməyi və ya əl ilə daxil olacağı məlum deyil.
azertag.az