Artıq çəkidən xilas olmaq üçün ən uğurlu mövsümlərdən biri yaydır. Bu, ilk növbədə, ətli və yağlı yeməklərə iştahanın azalması, meyvə-tərəvəzlərin bolluğu ilə əlaqədardır.
Həmin mövsümdə pomidor pəhrizi arıqlamaq üçün ən uğurlu üsullardan biri sayılır.
Səhər yuxudan oyanan kimi bir stəkan suya 3 xörək qaşığı limon suyu əlavə edilərək içilir, 1 saat sonra 1 stəkan pomidor şirəsi qəbul edilir.
1 saat sonra 1 ədəd qaynadılmış kartof yeyilir, 1 stəkan sonra yarım stəkan pomidor şirəsi içilir. Bundan sonra hər hansı meyvədən 2-5 ədəd və ya yay mövsümündə bir dilim qarpız yemək olar. Yenə bir saatlıq fasilədən sonra 1 stəkan pomidor şirəsi içilir. Daha sonra duzu az olmaq şərtilə bir neçə dilim kolbasa, yaxud 2 ədəd sosis yeyilir.
1 saat keçəndən sonra yenə 1 stəkan pomidor şirəsi daha sonra, hər səhər olduğu kimi, 1 stəkan suya 4 xörək qaşığı limon suyu əlavə edərək içilir. 1 saat sonra qaynadılmış kartof, yenə də üstündən bir neçə ədəd meyvə yeyilir. Axşam kiçik bir kasada qatıq, 1 dilim qarpız və ya kibrit qutusu boyda pendir yemək də olar. Bunlardan əlavə günortalar yaşıl salat və tərəvəz yeməkləri, yaxud mövsümə uyğun sirkəli salatlar yeməyə icazə verilir. Alma sirkəsi yağları əriməyə kömək edir, lakin mədəsində problem olanlar sirkədən mümkün qədər uzaq olmalıdırlar.
azertag.az