Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək
24.8.2017

“Avqustun 27-dək ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti iki gün ərzində ölkədə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq: “Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu isə günorta saatlarında 30-35 dərəcə arasında dəyişəcək”.


report.az