“Samsung” “Galaxy Note8” smartfonunu təqdim etdi
24.8.2017

“Samsung” şirkəti yeni “Galaxy Note8” smartfonunu təqdim edib.

Smartfon 6,3 düym diaqonallı ekrana malikdir. Cihazda tərəflərin nisbəti 18,5:9-dur və 1440x2960 piksel təsvir ölçülü ekranla təchiz edilib.

Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, su və toza qarşı IP68 standartı ilə müdafiəsi var. “Note8” həmçinin Exynos 8895 səkkiz nüvəli prosessor və altı giqaybaytlıq əməliyyat yaddaşı ilə təchiz olunub.

Smartfonun əsas xüsusiyyəti ikili kamera olub. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə, onlardan biri “Dual Pixel” texnologiyasına, “f1.7”, digəri isə “f2.4” linzasına malikdir.

oxu.az