Azərbaycan və Türkiyə arasında pul köçürmələri üzrə yeni sistem istifadəyə veriləcək. Bu barədə Azərbaycanın poçt rabitəsi bazarındakı mənbə deyib.
Hazırda Türkiyə pul köçürmələrinin həyata keçirilməsi üçün yeni sistem yaradır və bu sistem ilk dəfə Azərbaycanla istifadə olunacaq.
Mənbənin sözlərinə görə, bu sistemi Türkiyə tərəfi hazırlayır, Azərbaycan isə bu məsələdə məsləhətçi xidmətləri göstərir və öz tövsiyələrini verir:
"Hazırda ölkələr arasında pul köçürmələri üçün müxtəlif sistemlərdən istifadə olunur. Reallaşdırılan bu layihə isə prinsipial olaraq tamamilə yeni, iki ölkə arasında istifadə üçün nəzərdə tutulmuş pul köçürmələrinin beynəlxalq standartlarına uyğun olmasını nəzərdə tutur".
Agentliyin həmsöhbəti bildirib ki, layihə üzrə müəyyən nəticələr ilin sonuna əldə olunacaq.
trend.az