"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında düşdükləri "C" qrupundakı rəqibləri dəyərləndirərkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, rəqiblər ən güclü çempionatların təmsilçiləridir:
"Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarına rəqib olub.
report.az