Qoç - neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək.
İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır.
Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.
Günün ikinci yarısını daha maraqlı keçirin.
Dostlar, sizə əziz insanlar arasında istirahət etməyə çalışın.
Qonaq qəbul edin, qonaq gedin, danışın, gülün - bir sözlə, həyatınızı sosial şəbəkələrdəki virtual və yalançı dünyaya qurban verməyin.
Hərəkət, aktivlik, şərait dəyişikliyi, yeni təssüratlar və hisslər məsləhətdir.
Buğa - bu gün ciddi hadisələr, həyatınızda köklü dəyişikliklərə səbəb olası heç nə baş verməyəcək. Çalışın, zəhmətkeş olun, öz işinizi başqasına həvalə etməyin.
Özünüzə və ehtiyaclarınıza vaxt ayırmaqla yanaşı, həmin tələbatların ödənilməsi üçün vasitələrin təminatına can atın.
Yaxın ətrafınızda, münasibətlərinizdə, perspektiv planlarınızda nəyisə dəyişmək istəyirsinizsə - tələsin.
Alış-verişi günün ikinci yarısına saxlayın. Çoxdan istədiyiniz əşyanı ala bilərsiniz. Amma həmin əşya bahadırsa, almayın. Onsuz da bu fani dünyanın təcrübəsi göstərir ki, əşyaların qiymətləri əksər zaman sonradan ucuzlaşmaq şakərinə malikdir.
Ailə üzvləriniz və yaxınlarınızla münasibətlərdə səmimi olun.
Əkizlər - bu gün istənilən təşəbbüsünüzü təxirəsalmalar və gecikmələr müşayiət edə bilər. Bir qədər retroqradlıq edən ulduzlar işlərinizin sürətini azaldır, diqqətinizi keyfiyyətə yönəltməyə çalışın.
İşdəki zəif yerləriniz, evdə təmir və ya rekonstruksiya tələb edən məqamlar aşkar görünməyə başlayır.
Dəyişikliklərə ehtiyac artır. Lakin unutmayın ki, yeni perspektivlər hələ formalaşmayıb.
Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini ayırın və gərəkli informasiyanı toplayaraq irəliləməyə başlayın.
Alış-verişdə bədxərclik etməyin. Uzun müddətdən bəri götür-qoy etdiyiniz planlar gerçəkləşə bilər.
Xərçəng - bu gün işlər çox olsa da, bir qədər rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə, işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox, şərtlər insandan asılıdır.
Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz. Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və yaşantılarını sizə yük etməyə çaslışacaqlar.
Maraqlarınız və istəklərinizlə bağlı bütün sahələrdə inadkar olun. Təbii, belə inadınız cavabsız qalmayacaq. Geri çəkilməyin.
Dostlarla birlikdə ümumi məqsədə çatmağın yollarını müzakirə edin.
Uğur qazanmağa can atın.
Şir - işlərinizi görməyə, yeni əlaqələr yaratmaqda qarşılaşdığınız maneələr və məhdudiyyətlər sizi sıxa bilər. Fəqət, səhər saatlarından etibarən xaos hiss edirsinizsə, axtardığınız əşyaları tapa bilmirsinizsə, hər şey qarışıq və səliqəsiz təsir bağışlayırsa - dayanmayın, hərəkətə gəlin. Saatlar keçdikcə daha çox iş görün.
Məişət qayğılarının sayı arta bilər, fəqət, onlarla işdə və ya təhsil aldığınız məkanda qarşınıza qoyulmuş tapşırıqlar arasında məntiqi tarazlıq yaradın.
Günün ikinci yarısında işin tempini bir qədər aşağı salın, dostlarla əlaqə saxlayın.
Axşam saatlarında evdə sıxıldığınızı hiss etsəniz, tanışların və ya dostların olduğu məkana yollanın. Yaxud da dostu yanınıza dəvət edin.
Böyük planlarınız olduğu əlaqələri daha sıx, perspektivli etməyə çalışın.
Qız - bu gün görüləsi işlərin heç birini sabaha saxlamayın, tənbəllik və astagəllik nümayiş etdirməyin. İşdən həzz alırsınızsa, kollektivdəki mühit yaxşıdırsa, daha yaxşı çalışın. Daha çox gəlir əldə etməyə, maddi durumunuzu yaxşılaşdırmağa can atın.
Təbii ki, gəlirlər haram olmamalıdır, çünki haram yolla qazanılan ovuc-ovuc pullar sonra insanın taleyindən damla-damla qanla çıxır.
Günün ikinci yarısında tanıdığınız insan sizə yardım təklif edəcək. Hədiyyə ala bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Sabahkı işlə bağlı çalışmaq planlarınızı təxirə salmayın - ailəni işə qurban vermək olmaz.
Sevdiyiniz insanı diqqətiniz və səmimiyyətinizlə sevindirin.
Tərəzi - səhər saatlarında bütün diqqətinizi çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın, çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil.
Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar yaratmayın.
İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz.
Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.
Həyatınıza yeni tanışlıqlar, faydalı məlumatlar və əlaqələr daxil edin.
Əylənmək istəyirsinizsə, hər birini yaxşı tanıdığınız insanlardan ibarət məclisi seçin.
Əqrəb - arzular, xəyallar və illüziyalar aləmini tərk edin, real həyatda gerçək, layiq olduğunuz yeri tutmağa çalışın. Son vaxtlar aldığınız məlumatlara əsaslanaraq işlərinizi qaydaya salın, günün axarında nizam yaradın.
İş yerində hüququnuz tapdalanırsa, bəlkə özünüzə yeni iş axtarmağa başlayasınız?
Evdəki şəraiti də dəyişmək, interyerə yeni çalarlar əlavə etmək olar.
Sevdiyiniz insan, ailə üzvləriniz və qohumlarınızı unutmayın. Bununla belə, onların da sizi unutmasına imkan verməyin.
Səhhətinizin qayğısına qalın. Yeni pəhrizə başlamaq üçün əlverişli gündür.
Oxatan - gün çətin olacaq. Səhər saatlarında buna fiziki və mənəvi cəhətdən hazırlaşın. Astagəl, yerində sayan adam obrazında olmayın.
Qarşınıza qoyduğunuz məqsədi yaxınlaşdırmaq, ona çatmaq üçün var qüvvənizi sərf edin. Cəmiyyət uğur qazananları sevir - bunu unutmayın.
Yaxın bildiyiniz insanlardan səmimiyyətinizi əsirgəməyin.
Şəxsi həyatda hisslər, emosiyalara əsaslana bilərsiniz.
Günün ikinci yarısında problemlər yarana bilər. Ən böyük problem sizi anlamayan, daha doğrusu, ağıllı təkliflərinizi axmaq nəticələrə çevirən yaramaz insanların əməyini görməkdir.
Hirslənməyin, çünki onların sayı az deyil.
Axşam saatlarında təmiz havada olun, gəzintiyə çıxın, əsəblərinizi sakitləşdirin.
Oğlaq - görəcəyiniz işə başqalarını cəlb etməyə çalışırsınızsa, bu səylərə son qoyun. Bu iş sizindir və başqası da onu yerinə yetirməməlidir, çünki bəhrəsini məhz həmin adamlar görə bilərlər.
Beyninizdəki fikr və ya ideya üçün gərəkli şəraiti yaradandan sonra onu həyata keçirməyə başlayın.
Başqalarının həyat məkanına müdaxilə etməmək şərtilə günü rahat keçirməyə can atın.
Axşam saatlarında istirahəti dostlarla birlikdə keçirin.
Həmişə yığışdığınız yerə yollana bilərsiniz.
Sosial şəbəkələrdə aktiv olan xanımlar bu gün virtual mübahisələrə qatıla bilərlər. İstənilən halda unutmayın ki, virtuallıq reallığı üstələyə bilməz.
Dolça - səhər saatlarından ta günortaya qədər işlər gərgin, usandırıcı, aramsız ola bilər. Ruhdan düşməyin, pərişan olmayın. Ulduzlar bu gün sizi himayə edir.
İşlərinizi təcililik və təxirəsalınmazlıq baxımından sıralayın. Önəmli işləri dərhal görün, ikinci dərəcəli problemlərin həllini isə gün ərzində sonrakı vaxta saxlayın.
Günün ikinci yarısında anlayacaqsınız ki, işlərin pik nöqtəsi arxada qalıb və artıq tempi bir qədər aşağı salmaq olar.
Alış-veriş etmək, ailənin ehtiyaclarını ödəmək üçün əlverişli vaxtdır.
Evdə sizə lazım olmayan əşyaları ehtiyacı olan insanlara verin.
Yaxın günlərlə bağlı planlarınıza bir daha nəzər salın, maliyyə məsələlərini çözün.
Ailə üzvləri, qohumlar və dostlarla münasibətlərin sərinləşməsinə, anlaşılmazlıqların yaranmasına imkan verməyin.
Balıqlar - bu gündən çox mühüm, taleyüklü məsələlərin həllini gözləməyin.
Dostlar və yaxın insanlarla birlikdə olsanız, səylərinizi birləşdirsəniz, dağı dağ üstə qoya bilərsiniz.
Başqasının uğurlu təcrübəsindən faydalanın, müəyyən sahə və ya problemin həlli ilə bağlı təcrübənizi dostlarınız, həmkarlarınızla bölüşün.
Əlaqələrin inkişafı yaşam intensivliyinin fərqli olmasına əlavə impuls verə bilər.
Lazım olan yox, istədiyiniz fəaliyyətlə məşğul olmağa can atsanız da, hisslərinizi bugünlük bir qədər cilovlayın, emosiyalara qapılmayın.
Unutmayın ki, hər həqiqət üzə deyilməz. Axşam saatlarında yaşanan gün barədə düşünün və buraxdığınız səhvi tapmağa çalışın.
Milli.Az