Paytaxtımızın qonaqları və sakinləri Dənizkənarı Milli Parkda öz əsərlərini yaradacaqlar
25.8.2017

Avqustun 25-də Dənizkənarı Milli Parkın ərazisində (“Saat qülləsi”nin yaxınlığında) və İçərişəhərdə yerləşən “Arts Council” incəsənət platformasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Öz əsərini yarat” adlı tədbir keçiriləcək.

Nazirlikdən bildirilib ki, aksiya xarakteri daşıyan tədbir Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə keçirilir.

Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

azertag.az