“Böyük Füzulimizin yadigarı mən özüməm”
25.8.2017

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildiriblər ki, gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Musiqili gecədə xanəndələri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az