Avqustun 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbir “Hip-hop” rəqsinə həsr ediləcək.
Proqramın rəhbəri “NERO” rəqs studiyasının təsisçisi və direktoru, eyniadlı şou baletinin rəhbəri Emin Hüseynov olacaq. Proqram çərçivəsində iştirakçıların mövzu ilə bağlı maraq doğuran sualları cavablandırılacaq. Proqramın əsas məqsədi – müasir incəsənəti “Hip-hop” rəqsi prizmasından nəzərdən keçirməkdir. Bir həftəlik düşərgə zamanı iştirakçılar “YARAT”da nümayiş olunacaq “Qazaxıstan üzərində günəş və neonlar” qrup sərgisi əsasında rəqs çıxışı hazırlayacaqlar.
10-21 yaşlı iştirakçıların qatılacağı proqram sentyabrın 1-dək davam edəcək. İştirakçıların hər hansı bir rəqs üzrə təcrübələrinin olması vacib deyil.
azertag.az