Bakıda “Fikrət Əmirov -90” Musiqi Festivalı keçiriləcək
20.11.2012

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar “Fikrət Əmirov -90” Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən

22-30 noyabr tarixlərində keçiriləcək festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər, tamaşaların nümayişi nəzərdə tutulur. Festivala noyabrın 22-də Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün Heydər Əliyev Sarayında "Fikrət Əmirov- 90" Musiqi Festivalının təntənəli açılışı və qala-konserti olacaq.

APA