Türkiyənin “İmperator” ləqəbli ifaçısı İbrahim Tatlısəs Bakıya gələcək. Sənətçinin paytaxta səfərinin səhhəti ilə bağlı olduğu bildirilir.
Sənətçi kosmoenerget, ekstrasens Nuridə Küskün tərəfində müalicə olunacaq. İ.Tatlısəs bu gün axşam saatlarında paytaxda olacaq. Onun 5 günlük müalicə kursu keçəcəyi gözlənilir.
Xatırladaq ki, ötən ilin əvvəllərində İ.Tatlısəsə qarşı sui-qəsd törədilmişdi. Başından ağır güllə yarası alan müğənni uzun müddət müalicə olunaraq, yenidən sağlamlığına qovuşub.
ANS PRESS