FİFA 2012-nin ən yaxşı qapıçılarını seçdi - SİYAHI
20.11.2012

Dünyanın ən yaxşı qapıçıları müəyyən edilib. Siyahını FİFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Asossiyası (FİFPro) ilə birgə tərtib edib.

Beynəlxalq Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, siyahıya 5 qapıçının adı daxil edilib.

Çanluici Buffon (İtaliya, "Yuventus")

İker Kasilyas (İspaniya, "Real")

Petr Cex (Çexiya, "Çelsi")

Co Hart (İngiltərə, "Mançester Siti")

Manuel Noyer (Almaniya, "Bavariya")

Futbolçulardan ibarət 2012-ci ilin simvolik komandası isə noyabrın 29-da elan ediləcək. Qaliblər 2013-cü ildə yanvarın 7-də Sürixdə keçiriləcək "Qızıl top" mükafatının təqdimetməsi zamanı mükafatlandırılacaqlar.

ANS PRESS