Azərbaycanda 44 mln. manatlıq geyim istehsal olunub
28.8.2017

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 44 188,5 min manat məbləğində geyim istehsal edilib.
Geyim istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% artıb.
Hesabat dövründə 166,5 min ədəd üst trikotaj, 377,4 min ədəd alt trikotaj, 1 430,4 min cüt corab, 170,5 min ədəd kişilər üçün kostyum və komplektlər istehsal olunub.
İyul ayında ölkədə geyimin qiymətində iyun ayına nisbətən 0,4% azalma qeydə alınıb. Hesabat dövründə isə geyimin qiyməti illik müqayisədə 18,3% artıb.


report.az