Azərbaycan taekvandoçusu dünya birinciliyini medalla başa vurub
28.8.2017

Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən yeniyetmə taekvandoçular arasında dünya birinciliyi yekunlaşıb.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi Azərbaycan yığması yarışı bir medalla başa vurub.

Komandamızın heyətində 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Riyad Şirəliyev fəxri kürsüyə yüksəlib. Yarımfinaladək irəliləyən idmançımız bu mərhələdə məğlub olaraq mundialda bürünc medalla kifayətlənib.

azertag.az