Azərbaycanda vətəndaşlar dövlət rüsumunu internet vasitəsilə ödəyə biləcəklər
20.11.2012

Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi müzakirəyə çıxarıb.

Dəyişiklik dövlət rüsumunun ödənilməsi qaydaları ilə bağlıdır. Bundan sonra vətəndaşlar dövlət rüsumlarını elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə də ödəyə biləcəklər.



Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

APA