Günün ulduz falı
18.10.2011

Qoç - Özünüz üçün məqsədlərinizi aydınlaşdırın, yoxsa boşuna zəhmət çəkməli olacaqsınız. Təəssüf ki, bu gün başqalarının təsiri altına düşür və öz problemləriniz əvəzinə, onların işlərini həll edirsiniz. Yaradıcı potensialınız yüksəkdir. Odur ki, asudə vaxtınızı bekara işlərə sərf etməyin.

Buğa - Danışıqlar aparmaq üçün yaxşı gündür. Yeni tanışlar tapacaqsınız. Amma diqqətli seçin. Tez-tez savaşan cütlüklər üçün bu günə əlahiddə şans yaranır: sizə məhz nəyin lazım olduğunu təyin edin. Sabit münasibətləri olanlar isə tərslik etməsinlər, bu davayla bitəcək.

Əkizlər - Sizdən hərəkət gözləyən insanlarla danışıq aparmaq əbəsdir. Heç kimə söz verməyin, sənəd imzalamayın, uzunmüddətli müqavilələr bağlamayın. Şəxsi həyatınız sizi narahat edir. Bir az mülayim olun. Yarınızın hərəkətləri heç də sizi qıcıqlandırmaq məqsədi daşımır.

Xərçəng - Müstəqil iş görmək üçün yaxşı vaxtdır. Çox mürəkkəb işləri sonraya saxlayın. Sənədləri hazırlamaq, dövlət instansiyalarına müraciət etmək olar. Başqalarının işinə qarışmayın. Sizə birbaşa aidiyyəti olmayan məsələlərə münasibət bildirməyin. Uşaqlarınıza azca sərbəstlik verin.

Şir - Təvazökar olmaq vaxtı deyil. Hər kəsə öz mövqeyinizi necə qorumağı bacardığınızı sübut edin. Güzəştə gedərkən ağılla hərəkət edin. Sizi maraqlandıran işlərə girişin. Kütləvi tədbirlərdə, əyləncələrdə iştirak edin. Yalnız Şirlərin özlərinə yeni tanış tapmaq şansı var.

Qız - Düşünülmüş hərəkətləriniz nəinki həmkarlarınızın, həmçinin nüfuzlu adamların diqqətini çəkəcək. Müştəri cəlb etmək, kütlə qarşısında çıxış etmək üçün əlverişli gündür. Şəxsi həyatınızı dəyişmək üçün planlaşdırdığınız hərəkətlərinizi yaxşıca götür-qoy edin. İllüziyalara qapılmayın.

Tərəzi - İşdəki problemləriniz asanlıqla həll olunur. Düzdür, tərəf-müqabillərinizlə münasibətləriniz gərgindir, üstəlik, köhnə tanışlarınız da sevindirmir. Amma onlarla əlaqəni kəsməyə tələsməyin, gələcəkdə lazım olacaq. Günün sonunda maraqlı təklif alacaqsınız. Şəxsi münasibətlərdə cəsarətinizi göstərin.

Əqrəb - Çətin gündür, risk etmək, düşünülməməiş hərəkətlər etmək olmaz. Əvvəldən tutduğunuz yoldan sapmamağa çalışın, təcrübə üçün uyğun zaman deyil. Günün ikinci yarısı daha uğurlu olacaq. Bu gün sizdən prinsipiallıq və möhkəm xarakter tələb olunur. Şəxsi həyatınızda mürəkkəb bir vəziyyət yaranacaq, onu sakitcə çözməyə çalışın.

Oxatan - Qəti addımlar atmaqdansa, bir az oturub fikirləşin. Ancaq reallıqdan da uzaqlaşmaq olmaz, arzularınız ayağınızı yerdən kəsə bilər. Şəxsi münasibətlərinizdə ahəngdarlıq istəyirsinizsə, sakit olmağa çalışın. Düzdür, çətindir, amma olar, deyilmi? Yaxınlarınız sizdən kömək və məsləhət gözləyirlər.

Oğlaq - Tərəfdaşlarınıza güvənin, lazım olan vaxtda onlar yanınızda hazır olacaqlar. Hüquq məsələlərini asanlıqla yoluna qoymaq mümkündür. Maliyyə sənədlərini imzalamaq olar. Günün emosional fonu çox dəyişkəndir, hətta güclü bir stress olmasa da, həddən artıq yorğunluq hiss edəcəyiniz mümkündür. Dincəlməyə və özünüzə yaxşı həmsöhbət tapmağa çalışın.

Dolça - Əlahiddə bir iş görmək tələb olunmayacaq. Əgər lazımi həvəs göstərsəniz, bütün işlərdə bəxtiniz gətirəcək. Əcnəbilərlə yaxşı işbirliyi qura, işgüzar ezamiyyətə gedə bilərsiniz. Fantaziyanıza güvənin. Özünüzə xeyli əyləncə fikirləşib tapacaqsınız. Günününz şən keçəcək.