Sumqayıtda qadın möcüzə nəticəsində sağ qaldı
20.11.2012

Sumqayıt şəhərində hündür mərtəbədən yıxılan qadın sağ qalıb.

Noyabrın 19-da Sumqayıt şəhərində yaşayan Rəhimə Xalıqova 4-cü mərtəbədəki eyvanın pəncərə şüşələrini silərkən ehtiyatsızlığı nəticəsində yıxılıb.

R.Xalıqova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Milli.Az