Qəbələdə təşkil edilən mürəbbə festivalında Meksika mürəbbələri də təqdim edilib.
Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib ki, festivalda ölkəyə aid çili bibəri, manqo, ananas, portağal, və digər meyvələrin mürəbbələri qonaqların ixtiyarına verilib. Meksika pavilyonu ziyarətçilər tərindən maraqla qarşılanıb. Hər il Meksika iki milyon ton çili bibəri istehsal edir ki, onun 700 min tonu ixrac olunur. Bu göstəriciyə görə, Meksika sözügedən məhsulun dünya səviyyəsində birinci ixracatçısına çevrilib.
Qeyd edək ki, V dəfə təşkil edilən festival Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilib. Festivalda 22 ölkənin, 44 şəhər və rayonun şirniyyatçıları iştirak ediblər.
azertag.az