Niyazinin mənzil muzeyində növbəti tədbir - “Sənətlə döyünən qardaş ürəklər”
29.8.2017

Sentyabrın 7-də Niyazinin mənzil muzeyində Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli dirijor və bəstəkar Niyazinin 105, dahi türk bəstəkarı və pedaqoqu Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunmuş “Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçiriləcək.

Muzeyin direktoru Rza Bayramov məlumat verib ki, Niyazinin mənzil muzeyində təşkil olunacaq tədbir çərçivəsində hər iki sənətkarın həyat və yaradıcılığından danışılacaq, onların dünya musiqi tarixindəki xidmətləri vurğulanacaq. Tədbir boyu hər iki sənətkarın əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

azertag.az