Azərbaycan Uşaqlar Birliyinin Masallı rayonunun Ərkivan qəsəbəsində keçirdiyi humanitar aksiyada uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları paylanılıb.
Yeni dərs ili ərəfəsində Masallı şəhərindəki Ağsaqqallar Klubunda təşkil olunmuş tədbirdə rayonun yaşayış məntəqələrindən 40-a yaxın aztəminatlı ailə və onların uşaqları iştirak ediblər.
Birliyin regionlar üzrə şöbəsinin müdiri Nigar Bayramlı bildirib ki, xeyirxah insanlar keçirdiyimiz aksiyaya dəstək verirlər. Masallıdakı “ASAN xidmət” Mərkəzinin könüllüləri də bizə yardımçı olurlar. Bu ilin may ayından bu layihəyə start verilib. Aksiya il ərzində ardıcıl olaraq davam etdiriləcək.
azertag.az