Azərbaycanda inzibati orqanların təsnifatında dəyişikliklər edilib
20.11.2012

Azərbaycanda inzibati orqanların təsnifatında dəyişikliklər edilib.

Nazirlər Kabinetindən çərşənbə axşamı bildirilib ki, "İnzibati orqanların Təsnifatı"na Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əlavə olunub.

Təsnifata, həmçinin həmin Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri də əlavə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti 2012-ci il sentyabrın 6-da "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. "ASAN xidmət" mərkəzlərinin bu il dekabrın sonunda açılması planlaşdırılır.

trend.az