Sabah Sumqayıtda içməli suyun verilməsində fasilələr olacaq
20.11.2012

Noyabrın 21-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış sahəsinə içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, fasilələr "H.Z.Tağıyev adına Su Kəmərləri" idarəsinin 1-ci nasos stansiyasından Müşfiqabad qəsəbəsi istiqamətində magistral su xətlərinin birində əsaslı təmir işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

trend.az