Molekulların soyudulması üzrə yeni rekord qeydə alınıb.
London İmperiya Kollecinin professoru Maykl Tarbuttun fiziklərdən ibarət komandası molekulları sıfırdan 50 milyon dərəcə yüksək temperatura çatdıraraq soyutmağa nail olub.
Alimlər bu nəticəni kalsium ftoridin molekullarını yüksək maqnit təsiri altında dərin vakuuma yerləşdirərək əldə ediblər. Bu cür şəraitdə hissəciklər lazer şüalanmasının müəyyən fotonlarını özünə hopduraraq sürətlərini azaldıb və molekulların temperaturu 200 μK-nə (Dopler həddi) çatıb. Daha sonra “Sizov soyuması” adlı yanaşmaya müraciət edən alimlər lazer şüalarının polyarizasiyasını dəyişərək hissəciklərə fotonları hopdurmağı davam ediblər.
Beləliklə, tədqiqatçılar ilk dəfə Dopler həddini aşaraq molekulların temperaturunu 50 μK-nə çatdırıblar. Bununla alimlər molekulların soyudulması sahəsində yeni rekorda imza atıblar.
trend.az