Sentyabrın 2-də İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.
Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 10-dan çox sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində açılan sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin şənbə və bazar günləri təşkil edilir”.
azertag.az