Yeni rekorda imza atmaq istədi amma... (Video)
18.10.2011

Macərapərəst paraşütçülər və "beys-campinq"lə məşğul olanlar 267 metr hündürlükdəki körpüdən özlərini aşağı atdılar.
ABC-yə istinadən verilən xəbərə görə, hündürlüyünə görə dünyanın 5-ci körpüsü olan "New River Gorge"da ilk dəfə 1980-ci ildə 5 beys-camperin özünü aşağı atması ilə başlanmış ekstremal ənənə davam edir. İndi həmin ənənə "Körpü Günü" adlı festivaldır. Bu festivala hər il daha çox ekstremal idmançı qatılır. Körpüdən atılanların istisnasız olaraq hamısı aşağıdakı çayın səthinə lap az qalmış paraşütlərini açırlar. Beys-camperlərin arasında rekordsmen isə 27 yaşlı Kristofer Brüer olub. O, rekord vursa da, sonuc faciəli olub.
Çayın səthinə bir qədər qalmış paraşütü açmaq əvəzinə, o, hamını üstələmək və yeni rekord vurmaq istəyi ilə paraşütü lap aşağıda açıb. Nəticədə Brüerin onurğası, qasıq sümükləri, qabırğaları sınıb və o, huşsuz vəziyyətdə Çarlston Tibb Mərkəzinə aparılıb.
Florida ştatının Pensakola şəhərində yaşayan Brüer indi koma vəziyyətindədir.

Video