“Kino haqqında” qanuna əlavələr olunacaq
20.11.2012

Azərbaycanda “Kino haqqında” qanuna əlavələr olunacaq. Bunu açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib. M. Hətəmov deyib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə bu prosesə artıq başlanılıb. Bildirilib ki, əlavələr müasir dövrün tələblərinə uyğun hazırlanacaq: “Qanunda əsas əlavələrdən biri xarici mütəxəssislərin Azərbaycana gəlməsi, onlara münbit şəraitin yaradılması, xarici şirkətlərlə sıx əməkdaşlığın qurulması ilə bağlıdır. Çoxsaylı detallar var ki, hazırda bunun üzərində hazırlıqlar gedir. Bu əlavələrin hazırlanmasına xüsusi qrup cəlb olunub”.



Qeyd edək ki, Azərbaycanda “Kino haqqında” qanun 1998-ci ildə qəbul edilib.

APA