Azərbaycanda magistral yolların kənarında xüsusi istirahət sahələri yaradılır
31.8.2017

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. Bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir.
Bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verilir: “Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar keçməməsidir”.
Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

report.az