Bayram günlərində Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq
31.8.2017

Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq.

BNA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları növbəlillik qrafiki əsasında səhər saatlarından axşamadək marşrut avtobuslarının fəaliyyətinə nəzarət edəcəklər.

Bayram günlərində də sərnişinlər 141 çağrı mərkəzinə müraciət edə bilərlər.

trend.az