Bakının Nəsimi və Nərimanov rayonlarında içməli suyun verilməsində fasilələr olacaq
21.11.2012

Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsindən keçən magistral su xəttində təmir işləri aparılır. Bu barədə «Azərsu» ASC-dən məlumat verilib.

Bununla əlaqədar, noyabrın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C.Hacıbəyli, M.Qaşqay, X.Şuşinski, S.Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.

APA