Qoç - Bu gün görəcəyiniz ən yaxşı iş özünüz olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz, əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər. Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın.
Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə məqam layiqli insanı tapmaqdır. Tələsməyin. Müşahidə və müqayisə edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Axşam saatlarında evdən çıxın, bir qədər gəzişin, fikirlərinizi dağıdın.
Buğa - Pis gün deyil və daha yaxşı nəticələrə nail olmaq üçün səmimi insana çevrilin. Xoş sözlər hamının ürəyinin donunu açır. Yeni işə başlamaq üçün əlverişli gündür. Bir şərtlə ki, köməkçilərin sədaqət və etibarına tam əmin olasınız. Azacıq şübhə yaranarsa, planları təxirə salın. Nəzərdə tutduğunuz işi təkbaşına həyata keçirmək istəsəniz, problemlər yarana bilər.
Özünüz üçün gözlənilməz, qeyri-adi işi görməyə çalışın. Hətta cəhd göstərsəniz də, pis deyil.
Yeni layihə ilə bağlı dəqiq mövqeyiniz yoxdursa, diqqətli olun. Bəzi detallar çox məqamlardan xəbər verir.
Əkizlər - Bu gün şənlənmək üçün səbəblər yaranacaq. Anlaşılacaq ki, ötən günlərdə sizi ciddi narahat edən problemlər artıq aktuallığını itirib. İndi yeni, daha maraqlı işlər və layihələrlə maraqlanmaq olar. Maraqlı təklif almağınız istisna deyil. Gəlirlər də arta bilər.
Şəxsi həyatda təşəbbüskarlıq edin, daha əhəmiyyətli dəyişikliklərə nail olun.
Axşam saatlarında sizə yaxın insanlarla birlikdə istirahət edin.
Xərçəng - Adi işlərlə məşğul olmaq, gündəlik və rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin rəqabətə hazır olun - bu mübarizədə qalib gəlmək asan deyil. Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar.
Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər. Xırdalıqları və detallara çox fikir verməyib, diqqəti mühüm məsələlərə yönəldin.
Şir - Bu gün yeni planların hazırlanması, təşkilati məsələlərin həlli üçün əlverişlidir. İşdə çalışmaq pis alınmır. Amma müstəqil işlərdə bir qədər problem yaranır.
Bu gün ağlınıza gələn ideyalar çox yaxşıdır və onlar sizin irəliləyişinizə səbəb ola bilər.
Ailə üzvləri ilə münasibətlər və ünsiyyətlərdə problemlər yarana bilər. Uşaqlarla təmaslar çətin olacaq. Böyüklərlə ünsiyyətdə isə heç bir problem olmayacaq.
Axşam saatları romantik görüş üçün əla vaxtdır.
Qız - Qohumlarla əlaqələr daha sıx olacaq. Ailədəki problemlərin həlli zamanı hamını təmin edən həll variantı tapıla bilər. Sevdiyiniz insanla münasibətlərinizdə harmoniya yüksək səviyyədədir. Romantik görüş sizi pərişan etməyəcək.
Alış-veriş üçün pis gün deyil. Nə almağınız şərt deyil: ulduzlar deyirlər ki, nə alsanız, işə yarayacaq. Gəzinti və qısa səfərə yollanmaq olar. Lakin unutmayın ki, belə macəraya nəzərdə tutduğunuzdan artıq vaxt sərf ediləcək. İşgüzar danışıqlar üçün əlverişli gündür.
Bu gün əldə edilən razılaşma və nəticələr ilkin səciyyə daşıyır. Axşam saatlarında sosial şəbəkədə bir qədər söhbətləşə bilərsiniz.
Tərəzi - Bu gün gərgin iş vaxtıdır. Xoş, amma ciddi olmayan münasibətlər yarana bilər. Yeni tanışlıq romantik yox, daha çox işgüzar baxımdan perspektivdir.
İdeya və fikirlərinizi, planlarınızı, sizi irəliyə apara biləcək istənilən işi reallaşdırmağa çalışın.
Ən kiçik işdən belə, boyun qaçırmayın. Günün ikinci yarısı diqqəti özünüzə cəlb edə bilərsiniz.
Maraqlı informasiya və ya cəlbedici təklifin alınması istisna deyil.
Əqrəb - Maliyyə baxımından pis gün deyil. Sərfəli anlaşma və ya müqaviləyə nail olmaq imkanınız var. Sizə borclu olan adamın pulu qaytaracağı istisna deyil.
Məhkəmə çəkişməsi və ya hüquqi mübahisədə problemləriniz varsa, xeyrinizə olan qərar qəbul edilə bilər. Məmurlar və dövlət qurumlarının mənsubları ilə sıx ünsiyyətiniz olacaq.
Günün emosional fonu stabil deyil. Əhvalınız sürətlə dəyişəcək və yaxın ətrafınızdakı insanlar bunun səbəblərini anlamayacaqlar. Azacıq tanış olduğunuz insanlar isə bundan xəbər tutmayacaqlar.
Həyatlarına spontanlıq elementləri qata bilməyən adamlar bu gün sizə can atacaqlar.
Oxatan - İşdə müsbət təmayüllərin təsirini hiss edəcəksiniz. Bu gün əla nəticələrə nail olacaqsınız. İnad, qətiyyətlə yanaşı, hiyləgər və bir qədər də səbrli odacaqsınız.
Bədxahlarınız arasında nüfuzlu adamın planlarını pozmaq üçün hazır və sayıq olun.
Mübarizəni qələbə ilə başa vurmağa çalışın.
Sevdiyiniz insanla ümumi dil tapmaq şansı yaranacaq. Ötənlərdəki mübahisə və anlaşılmazlıqların hamısını həll etmək mümkün olmasa da, gərilmiş əsəblər bir qədər sakitləşəcək.
Axşam saatlarını sakit, dincələrək keçirin. Sadə istirahət və sakit söhbətlərə ehtiyacınız var.
Oğlaq - Bu gün ən kiçik detalları nəzərə alın, hadisələrin bütün inkişaf məcralarını nəzərdən keçirin. Planlarınızı uzunmüddətli və perspektivli edin. Sizə yardım və dəstək üçün müraciət edəcəklər. Bu, nüfuzunuzun artmasına dəlalət edir.
İşdə kiçik qələbələr və uğurlar olacaq. Şəxsi həyatda isə ciddi irəliləyişlər gözləməyin. Hisslərinizi dəqiq ayırd edə bilmədiyiniz üçün sinirlisiniz.
Tələsməyin. Baş verənləri, yaşananları aramla gözdən keçirin, onların virtual siyahısını tutun, sonra siyahıya diqqətlə baxın. Belədə, narahatlığın gerçək səbəbini tapa bilərsiniz.
Dolça - Artıq səhər saatlarında anlayacaqsınız ki, yaşanacaq gün ciddi hadisələr və böyük uğurlar zamanı deyil. Buna görə də genişmiqyaslı işlərə, çox vaxt aparacaq tapşırıqların həllinə başlamayın. Kiçik qələbələr istisna deyil. Özü də onlar çoxsaylı ola bilər.
Şəxsi həyatda hər şey istədiyiniz kimi deyil. Lakin baş verənlərin məğzini, səbəblərini anlamağa çalışın. Belə olarsa, özünüzü problemlərdən qoruyarsınız.
Ciddi qərarlar qəbul etməyə tələsməyin. Məsuliyyətli olun, yaxın ətrafınızın sayğısını itirməyin. Axşam saatlarında vaxtınızı televizor və ya kompüter monitoru qarşısında keçirməyin.
Balıqlar - Günün emosional fonu ürəkaçan olmayacaq. Ciddi problemlər və ya sarsıntılar yaşana bilər. Yaxın insanlarla fikir ayrılıqları və anlaşılmazlıqlar mümkündür. Əhval-ruhiyyəniz pozula bilər. Sülhün bərqərar olması və ya onun qorunması üçün güzəştə getmək gərək olduğunu bilsəniz də, kompromis addım atmağa tələsməsəniz, yanılarsınız.
Yeni tanışlıqlara bel bağlayıb illüziyalara qapılmayın. Söz yox, bu gün görüşdüyünüz insanlar gülərüz, mehriban adamlardır. Lakin həyatınızda onların ciddi rol oynayacağına ümid etməyin.
Axşam saatlarını yaxın bildiyiniz insanlarla birgə istirahətə həsr edin.
Milli.Az