Sentyabrın 23-də gənc Azərbaycan musiqiçiləri Bakıdakı “Xalça” restoranında caz axşamı təşkil edəcəklər.
Tədbirin təşkilatçıları bildiriblər ki, həmin axşam bakılılar və şəhərimizin qonaqları Azərbaycanın Əməkdar Artisti, 2009-cu ildə Montredə keçirilmiş beynəlxalq caz festivalının qalibi, virtuoz pianoçu İsfar Sarabskinin, 2008-ci və 2015-ci illərdə “Eurovision” mahnı müsabiqələrinin iştirakçısı, “O səs Türkiyə” müsabiqəsinin (populyar “Voice” şousunun analoqu) qalibi olmuş, geniş diapazonlu nadir səsə malik olan Elnur Hüseynovun ifasından həzz ala biləcəklər.
Bundan əlavə, caz axşamında “Dihaj” musiqi kollektivi (solist - 2017-ci ildə “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş Diana Hacıyeva) və “Orient-Xpress” qrupu da çıxış edəcək.
azertag.az