“Unibank” ASC yeni kredit kampaniyasına başlayıb.
Bankdan verilən məlumata görə, söhbət “Siftə krediti”ndən gedir.
Belə ki, "Unibank"da kredit tarixçəsi olmayan müştərilərə illik 27%-lə nağd pul krediti ayrılacaq. Aksiya çərçivəsində kreditə görə komissiya 1%-ə endirilib. Kredit üçün rəsmi gəliri 174 manatdan yuxarı olan və “Unibank”da kredit tarixçəsi olmayan ölkə vətəndaşları müraciət edə bilər. Kreditin aylıq ödənişi 19 manatdan başlayır və maksumum 36 aylıq müddətə verilir. Zəmin tələb olunmur.
Nağd kreditlə bağlı "Unibank"ın filialları, “Unibank Mobile”, unibank.az saytı, həmçinin (050) 778 81 17 whatsapp nömrəsi ilə müraciət etmək mümkündür.
report.az