Torpaqda olan maqnezium qıtlığı insan orqanizmdə də bu maddənin çatışmazlığı ilə öz əksini tapır.
Maqnezium çatışmazlığı özünü bir sıra əlamətlərlə büruzə verir. Bunlar əzələlərin gərginləşərək şiddətli ağrıması, astmayabənzər əlamətlər, bədəndə uyuşma hissi, əzələlərin gərginləşməsi səbəbilə meydana çıxan migren tutmaları, qəbizlik, ürəkdə ritm pozuntuları, depressiya, yuxu problemləri, şirniyyata meyilin artması, oynaqlarda ağrılar və xroniki yorğunluq kimi əlamətlərdir.
Onu da qeyd edək ki, şirniyyata təlabat artığı təqdirdə bir ovuc qoz, fındıq və ya meyvə ilə bunu tənzimləmək mümkündür.
azertag.az