Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş etdiriləcək tamaşaların siyahısını açıqlayıb.
Teatr özünün 90-cı yubiley mövsümünə sentyabrın 23-də gündüz saat 12:00-da C.Rodarinin “Çippolino”, axşam 19:00-da isə M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcək. “Hekayəti-Xırs quldurbasan” tamaşası eyni zamanda Beynəlxalq Sülh Gününə həsr olunacaq.
Daha sonrakı günlərdə isə aşağıdakı tamaşalar təqdim ediləcək:
24 sentyabr- A.Lindqren “Uzuncorab Pippi”, İ.Əfəndiyev “Sarıköynəklə Valehin nağılı”
29 sentyabr - T.Vəliyeva “Cəza” (kiçik səhnədə) premyera
30 sentyabr - Ş.Perro “Çəkməli pişik”, V.Şuqrayeva, Ə.Əmirli “Qohumlar”
azertag.az