Azərbaycan Dövlət Musiqili Teatrı özünün 108-ci teatr mövsümünün ilk ayı üçün repertuar planını açıqlayıb.
Teatrın sentyabr repertuarını təqdim edirik:
16 sentyabr - Ü.Hacıbəyli. “Ər və arvad”;
17 sentyabr - İ.Əfəndiyev. “Mənim günahım”;
22 sentyabr - İ.Sadıqov. “Molla Nəsrəddinin beş arvadı”;
23 sentyabr - Ü.Hacıbəyli. “Arşın mal alan”;
24 sentyabr - Ü.Hacıbəyli. “O olmasın bu olsun”;
29 sentyabr - İ.Kalman. “Silva” (rus dilində);
30 sentyabr – Elçin. “Baladadaşın toy hamamı”.
Qeyd edək ki, tamaşalar saat 19:00-da başlanır.
azertag.az