Müştərilərin təkliflərini nəzərə alaraq "Kapital Bank"ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək.
Bankdan bildiriblər ki, "Kapital Bank"ın "Abşeron", "Binəqədi", "Qara Qarayev", "Şuşa", "Sumqayıt", "Gəncə", "Masallı", "Xəzər", "Bərdə" və "Sabirabad" filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.
Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər – kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əməkhaqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.
azertag.az