Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi sabah Vətənə qayıdacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.
Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq.
Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.
Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.
Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.
report.az