Azərbaycanda Tereza ananın şərəfinə adlandırılan sığınacaq əsaslı təmir olunub
11.9.2017

Bakıda Tereza ananın şərəfinə adlandırılan sığınacaq əsaslı təmir edilib.
Latviyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir Yuris Maklakovs sığınacağa baş çəkərək ordakı şəraitlə tanış olub.
Qeyd edək ki, yenidənqurma işləri latviyalı iş adamı Edgars Stikansın vəsaiti hesabına və latviyalı ustaların iştirakı ilə aparılıb.

report.az