Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. H.Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı barədə geniş məlumat verib.
Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.
M.Kindsqrab iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
report.az