Bakıda Beynəlxalq kulinariya bayramı keçiriləcəkdir
18.10.2011

Oktyabrın 20-də Bakıda Beynəlxalq kulinariya bayramı keçiriləcəkdir. Azərbaycan Milli Kulinariya Assosiasiyasından bildirilmişdir ki, bu bayram dünyada 8-ci, Azərbaycanda isə 4-cü dəfədir qeyd olunur.
Bayram çərçivəsində kulinariya incəsənəti nümunələri, milli kulinariya komandasının üzvlərinin işlərindən ibarət sərgi, eyni zamanda, kulinariya incəsənəti və qida sərgisi təşkil ediləcəkdir.