“Azərkosmos” ASC xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək vermək üçün kotirovka sorğusu elan edib.
Məlumata görə, şirkətlər sorğuda iştirak etməyə dəvət olunur.
Xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək xidmətini (Türkiyə, Gürcüstan və Ərəbistan yarımadasının ölkələri) təşkil etmək marağında olan hüquq şirkətin qiymət kotirovkası 21 sentyabr saat 18:00-a qədər Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə təqdim olunmalıdır.
Təkliflər paketi 22 sentyabr saat 12:00-da qeyd olunan ünvanda açılacaq.
report.az