Çində Azərbaycan və Türkiyə nazirlərinin görüşü gözlənilir
13.9.2017

Azərbaycan və Türkiyə turizm sahəsində əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcəklər.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu müzakirələr bu gün Çində keçirilən Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının XXII iclası çərçivəsində Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Numan Kurtulmuş və Əbülfəs Qarayevin gözlənilən görüşündə aparılacaq.

trend.az