Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi qeyd olunacaq
13.9.2017

Sentyabrın 18-də görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq tədbir sənətkarın adını daşıyan ev muzeyində gerçəkləşəcək.

Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığına nəzər salınacaq, milli musiqimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Konsert proqramı ilə davam edəcək tədbirdə görkəmli bəstəkarın yaradıcılığına müraciət ediləcək.

azertag.az