Sabah Azərbaycanda küləkli və yağmurlu hava şəraiti davam edəcək
22.11.2012

Sabah Azərbaycanda dumanlı, küləkli və yağmurlu hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

trend.az