AFFA tərəfindən 6 - 13 yaşlı uşaqlar üçün Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək.
İlk tədbir sentyabrın 26-da Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında olacaq. Sentyabrın 30-da isə uşaqlar Bakıdakı Heydər Əliyev Mərkəzində bir araya gələcəklər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
report.az