Azərbaycanda “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı buklet nəşr olunub
18.10.2011

Bakıda start götürən “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans çərçivəsində “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletin təqdimatı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilən bukletin tərtibçisi Samir Abbasov, elmi məsləhətçiləri Lətifə Məmmədova, Əli Eyvazov, Mayıl Əhmədov, Aybəniz Əliyevadır. Nəşrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş kitabxanalar haqqında məlumatlar verilir.